Dünyanın ən məşhur TikTokeri Khabi Lame ABŞ-dan deportasiya edilib
Bu gün, 12:04
TikTok-da 160 milyondan çox izləyicisi olan məşhur videobloqer Khabi Lame ABŞ vizasının müddəti bitdiyinə görə hava limanında saxlanılıb. Ona deportasiya qərarı olmadan ABŞ-ı tərk etməyə icazə verilib. TikTok ulduzu Xabi Lame vizasının müddəti bitdiyi üçün immiqrasiya rəsmiləri tərəfindən Las-Veqasda saxlanıldıqdan sonra ABŞ-ı tərk edib. Əsl adı Seringe Habane Lame olan vlogger İtaliya və Seneqal vətəndaşıdır. ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) sözçüsü təsdiqləyib ki, o, cümə günü Harri Rid Beynəlxalq Hava Limanında saxlanılıb, lakin deportasiya qərarı olmadan ABŞ-ı tərk etməyə icazə verilib. Khabi Lame ilə insident ABŞ prezidenti Donald Trampın qeyri-qanuni immiqrasiyaya qarşı mübarizəsini gücləndirdiyi vaxta təsadüf edir. Onun administrasiyası Los-Ancelesdə ICE-yə qarşı günlərlə etirazlara səbəb olan reydlərə göstəriş verib. Azadlıq Qəzeti TEREF