Putin Cənubi Osetiyanı çox ucuz satın aldı:Cəmi, 120 milyon dollara

12-04-2016, 23:52           

Tanınmamış Cənubi Osetiya “Respublikası” iyun ayına qədər Rusiyaya bağlanacaq.

Streteq.az xəbər verir ki, bunu “respublikanın prezidenti” Leonid Tibilov rus jurnalistləri üçün keçirdiyi mətbuat konfransında bildirib.

Tibilova görə, bunun üçün referendum keçiriləcək və xalq səsvermə zamanı yekdilliklə “bəli” deyəcək. “Ondan sonra biz Rusiyaya bağlanmaq üçün Moskvaya rəsmən müraciət edəcəyik”,-deyən osetinlərin lideri referendum oyunuyla qarşıya qoyulan məqsədə də tam səmimi şəkildə aydınlıq gətirib:

“Rusiyanı siyasi baxımdan çətin vəziyyətə salmaq istəmədiyimiz üçün referendum keçirməyi planlaşdırırıq”.


Xatırladaq ki, Cənubi Osetiya SSRİ-nin dağılması illərində Rusiyanın Cənubi Qafqazda varlığını qorumaq üçün yaratdığı münaqişə ocaqlarından biridir. 1990-cı illərdə Rusiyanın hərbi müdaxiləsi ilə Gürcüstandan ayrılsa da, indiyə qədər beynəlxalq qurumlar tərəfindən tanınmayan vilayət Moskvanın iqtisadi yardımlarıyla ayaqda dayanmağa çalışır.

Bir müddət əvvəl Putin vilayətin rəhbərini qəbul edərək ona yaxşı bir muştuluq vermişdi: Rusiya Cənubi Osetiya üçün bu il 120 milyon dollarlıq yardım ayırıb. Üstündən yarım ay keçməmiş osetin lider də Putinin bu muştuluğunu mükafatsız qoymayıb: Rusiyanı çətinə salmamaq üçün boyunduruğa öz ayağına gələcəyi və bunun üçün xalqın yekdil rəyini ifadə edən referendum keçirəcəyi vədiylə.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.