Sarkisyan nənəsini Talış kəndindən necə çıxardı? - FOTO

13-04-2016, 20:13           
Sarkisyan nənəsini Talış kəndindən necə çıxardı? - FOTO
Aprelin 2-dən 5-dək Azərbaycan ordusunun düşmən təxribatına qarşı uğurlu əməliyyatlarından sonra təmas xəttindəki kəndlərimizin 22 ildir ki, atəşə tutulduğu Talış kəndi ətrafındakı yüksəkliklər də azad edildi. Talış kəndi 1992-ci ildən inzibati cəhətdən Tərtər rayonunun ərazi vahididir. Son əməliyyatlara qədər kənddə erməni əhali yaşamaqda davam edirdi.

Bu gün erməni mediasında Azərbaycan ordusunun guya dinc erməniləri birbaşa hədəf götürməsi, onların da öz evlərini tərk etmək məcburiyyətində qalmalarından çox yazırlar. Yəqin bir gün vicdanının itirməmiş bir xarici rəsmi, yaxud media nümayəndəsi də soruşacaq: “Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarında nə işi vardı və onlar niyə dinc azərbaycanlıların yaşadığı kəndləri atəşə tutaraq Azərbaycan ordusunu cavab atəşlərinə məcbur edirdilər?”

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, hazırda Talış kəndi milli ordumuzun nəzarətindədir. Bəzi erməni saytları guya bu kəndin geri alınması barədə məlumat versələr də, erməni hərbçiləri Azərbaycan əsgərinin ilk həmlələri qarşısında tutduqları mövqelərdən necə qaçmalarını, hətta fərarilik etmələrini də özləri etiraf edirlər. Hafta.az erməni mediasına istinadən belə etiraflardan birini nəzərinizə çatdırır. Ayk Sarkisyan adlı erməni əsgəri Talış kəndi yaxınlığında ona tapşırılmış postu özbaşına tərk edərək Xankəndinədək qaçması barədə belə danışır:”Mən postda idim. Saat 02:30-da kəndə getdim. Elə evimizə yaxınlaşanda mərmi düşdü və evin yarısı dağıldı. Tez zirzəmiyə endim. Nənəm küncdə oturmuşdu. Onu dalıma şəlləyib düşmənin atəşləri altında arxama baxmadan qaçdım. Nənəmi əvvəlcə Madagizə, oradan da Stepanakertə(Xankəndi) apardım...”

Göründüyü kimi, bu fakt həm də erməni ordusundakı intizamsızlığı, fərariliyin baş alıb getməsinin göstəricisidir.

Fərari erməni əsgəri Ayk Sarkisyan ağlaşma qurur ki, 104 yaşlı nənəsi 4-cü dəfədir ki, doğma kəndini tərk edir. Sarkisyanın yadına salmaq gərəkdir ki, əvvəla, Talış kəndi nənəsinin doğma kəndi deyil, o, digər ermənilər kimi, bu torpaqlara gəlmədir. Ermənilərin XIX əsrin əvvəllərində çar Rusiyasının himayəsi ilə İran ərazisindən Qarabağ torpaqlarına, o cümlədən Ağdərə bölgəsinə də köçürülməsi barədə arxivlərdə kifayət qədər tarixi faktlar var. Hazırda Tərtər rayonuna daxil olan keçmiş Marağa, indiki Şıxarx kəndində ermənilərin 1978-ci ildə özlərinin qoyduğu, lakin 1988-ci ildə başlatdıqları münaqişə zamanı dağıtdıqları abidə də bunun bir sübutu olub. 1828-ci ildə Quzey Azərbaycanın Rusiya tərəfindən işğalından sonra ilk 200 erməni ailəsinin İrandan bu kəndə köçürülməsi şərəfinə qoyulmuş abidənin üzərində “Marağa- 150” sözləri yazılmışdı. İkincisi də, ermənilər sahibləndikləri Azərbaycan kəndlərində, o cümlədən Talışda qonşuluqdakı azərbaycanlıların özlərndən də firavan yaşayıblar. Və Ayk Sarkisyanın nənəsinin və ailəsinin növbəti dəfə yaşayış yerlərindən didərgin düşməsinin günahkarı öz torpaqlarını qoruyan Azərbaycan ordusu yox, İrəvan və Xankəndindəki separatçı, terrorçu erməni rəhbərləri, o cümlədən adaşı Serj Sarkisyandır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.