İmran Xan xarici güclərlə mübarizəyə başladığını bildirib
11-04-2022, 08:35
Pakistanın vəzifəsindən kənarlaşdırılmış baş naziri İmran Xan ona qarşı edilənləri hökumət çevriliş kimi dəyərləndirərək bu prosesdə iştirak etmiş xarici güclərlə mübarizəyə başladığını bəyan edib.
İmran Xan qeyd edib ki, 1947-ci ildə müstəqil dövlət olan Pakistan hazırda xarici güclərin həyata keçirdiyi planın qurbanına çevrilib.
“Bu gün xarici qüvvələrə qarşı azadlıq mübarizəsi yenidən başlayır”, - İmran Xan bildirib.(Mənbə: Thenews)