"Ərazimizi kiməsə verməyə hazır olsaydıq, müharibə başlanmazdı” - Zelenski

11-04-2022, 20:10           
"Ərazimizi kiməsə verməyə hazır olsaydıq, müharibə başlanmazdı” - Zelenski
“Ukrayna ərazilərini sülh naminə olsa da belə, Rusiyaya verməyə hazır deyilik”.

Teref.az “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində deyib.

“Biz dövlətimizdən, ərazilərimizdən imtina etməyə hazır deyilik. Biz onsuz da xeyli adamı qurban vermişik. Onlar dövlətimizi xilas etmək üçün öldülər. Ona görə də onların qarşısında məsuliyyət daşıyırıq. Rusiya əvvəlcə Krımı istədi, sonra Donbas məsələsini həll etmək niyyətinə düşdü. İndi isə Xerson bölgəsini ələ keçirməyə çalışır. Biz bilirik ki, onların niyyəti ölkəmizin cənubunu ələ keçirməkdir. Əgər biz ərazimizi kiməsə verməyə hazır olsaydıq, müharibə başlanmazdı”, - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru