Pentaqon: Hava yolu ilə Ukraynaya silahlar gündə 8-10 dəfə olmaqla göndərilir

11-04-2022, 21:29           
Pentaqon: Hava yolu ilə Ukraynaya silahlar gündə 8-10 dəfə olmaqla göndərilir
ABŞ Ukraynaya gün ərzində 8-10 reys hava yolu ilə silah göndərir. Bu silahlar daha sonra hərbi karvan vasitəsi ilə Ukraynaya daşınır.

APA “RİA Novosti“yə istinadən xəbər verir ki, bunu Pentaqonun yüksək rütbəli şəxsi deyib.

Onun sözlərinə görə, bunun üçün ABŞ müttəfiqləri ilə birlikdə mürəkkəb və səmərəli təchizat mexanizmi yaradıb.

“Söhbət gün ərzində Ukraynaya 8-10 reysdən gedir. Təchizat yerüstü hərbi konvoylar vasitəsi ilə daşınır”, - deyə Pentaqonun rəsmisi bildirib.

ABŞ Müdafiə Nazirliyi bir sıra ölkələrin Ukrayna qüvvələrinə kömək üçün T-72 tanklarının göndərildiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru