Ukraynada yüksək vəzifələrdə çalışan rus agent ƏLƏ KEÇDİ

12-04-2022, 07:48           
Ukraynada yüksək vəzifələrdə çalışan rus agent ƏLƏ KEÇDİ
Ukrayna Təhlükəzsizlik Xidmətinin (UTX) əks-kəşfiyyatı keçmiş prezidentin administrasiyasında və digər dövlət strukturlarında çalışmış Rusiya xüsusi xidmət orqanlarının agentini saxlayıb.

Redaktor.az xəbər verir ki, UTX-nin məlumatına görə, saxlanılan şəxs 2014-cü ilə qədər Donetsk vilayətinin daxili işlər orqanlarında işlədiyini, daha sonra Rusiyaya qaçdığını və orada işə götürüldüyünü bildirib.

O, kuratorlarının Dövlət Dumasının deputatları İosif Kobzon və Gennadi Zyuqanov olduğu qərargahda işlədiyini deyib.

“Rusiya kuratorları onun üçün “Regin” təxəllüsü seçiblər və dövlət səviyyəli məxfi məlumatları əldə etmək vəzifəsini qoyublar. Bunun üçün hətta Ukrayna hakimiyyətində karyera qurmağa kömək ediblər. Xüsusən də bu agent məhkəmədə, daha sonra sabiq prezidentin Administrasiyasının şöbələrindən birində işləyib, ondan sonra isə hətta orduda xidmət edib. Düşmən kəşfiyyat orqanları onun təhsili və xaricə səfərləri üçün də pul ödəyib”,- UTX-nin məlumatında bildirilir.

Videoda o, Prezident Administrasiyasının Xarici Siyasət və Avropaya inteqrasiya şöbəsində işlədiyini və orada “ciddi xarakterli məlumatlar əldə etməyə” nail olduğunu deyir.

Hazırlanmış xüsusi əməliyyat zamanı UTX-nin Xarkov şöbəsinin əməkdaşları agentin rabitə kanalını aşkar edib, onun yaşayış yerini müəyyənləşdirib və Donetsk vilayətində ələ keçiriblər.

Xəbərdə deyilir ki, agent dindirmə zamanı hansı göstərişlər almasından ətraflı danışıb və rusları maraqlandıran şəxslər, habelə Ukraynadakı Rusiya kəşfiyyat şəbəkəsi üzvlərinin ona məlum olan şəxsi məlumatları barədə məlumat verib.

Hazırda onunla Rusiya Federasiyasına işləyən dövlət xainlərinin və agentlərin bütün şəbəkəsini aşkar etmək üçün müvafiq tədbirlər görülür.

UTX qeyd edir ki, agenti ömürlük həbs cəzası gözləyir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru