Bir ukraynalı ailənin həyatı müharibədən əvvəl və sonra - VİDEO

12-04-2022, 10:20           
Bir ukraynalı ailənin həyatı müharibədən əvvəl və sonra - VİDEO
“Ailəmizin bir yerdə yaşadığı evimiz var idi, itlərimiz, bir həyatımız var idi. Ancaq bizə “xilasedicilər” qonaq gəldilər...”

Bunu Kiyev yaxınlığında yaşayan qadın Rusiya ordusunun əməliyyatlarından əvvəl və sonrakı həyatı barədə danışarkən bildirib.

Onun sözlərinə görə, fevralın 24-də ailəsi şəhəri tərk etmək qərarına gəlib və daha təhlükəsiz olduğunu düşünərək Kiyevdən kənara köçüb. Onlarla birlikdə 30 nəfər də yollanıb.

“O zaman necə də yanılmışdıq! Evdə kiçik uşaqlar, artıq ikinci müharibəni yaşayan nənəm, qadınlar var idi. Hər gün sağ qalmağa, sadəcə sağ qalmağa çalışırdıq. Onlar pulemyotlarla evə soxulurdular, yanımızda davamlı partlayışlar, atışma səsləri eşidilirdi, pəncərələrdən qaçdıq, səngərə və başqa “təhlükəsiz” yerə çatmaq üçün üçmetrlik hasarlardan tullanırdıq. Bizi, qadınları və uşaqları qonşu kəndə qonşular, sadə insanlar aparmağa nail oldular, hansı ki, bizim həyatımızı xilas etdikdən sonra güllələndilər... Demək olar ki, bütün qonşular ölüb və ya yaralanıblar. Bütün itlər dərhal öldürüldü”, - deyə qadın yaşadığı dəhşətlər barədə özünün sosial şəbəkə hesabından danışıb.

Mənbə: Pravda Gerashchenko












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru