Putin 150 yüksək rütbəli şəxsi HƏBS ETDİRDİ

12-04-2022, 09:50           
Putin 150 yüksək rütbəli şəxsi HƏBS ETDİRDİ
Rusiya prezidenti Vladimir Putinin 150 yüksək rütbəli məmur və əsgəri həbs etdirdiyi iddia edilib.

"Unikal" xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.

İddialara görə, Donbasdakı hücumlardan əvvəl Kremldə yüksək rütbəli şəxslərin, o cümlədən general-polkovnik Sergey Beseda saxlanılıb. Belə ki, DTK-nın varisi olan milli kəşfiyyat xidməti FSB-nin xarici kəşfiyyat idarəsinin rəisi vəzifəsində çalışan Beseda Moskvanın yüksək rejimli həbsxanalarından Lefortovoya köçürülüb.

Həmçinin Putin Beseda ilə birlikdə 150 ​​məmuru işdən çıxarıb. Putinin müharibənin ləng getməsinin məsuliyyətini bu adların üzərinə qoyduğu da iddia edilib.

68 yaşlı Besedanın korrupsiya ittihamı ilə araşdırıldığı bildirilərkən,"Bellingcat"ın xəbərlərində Putinin Besedanı Qərbə məlumat sızdırmaqda ittiham etdiyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru