Zelenski yaz çağırışını ləğv etdi və demobilizasiyanı təxirə saldı
12-04-2022, 12:12
Ukrayna prezidenti Vladimir Zelenski təcili hərbi xidmət üçün yaz çağırışını ləğv edib. Ordu.az xəbər verir ki, bu barədə prezidentin saytında dərc olunan qərarda qeyd olunub.
Sənədə əsasən, aprel-iyun aylarında Ukrayna vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə növbəti çağırışları üçün əvvəlcədən müəyyən edilmiş müddətlər ləğv edilib.
Müddətli hərbi xidmətin müəyyən edilmiş müddətlərini keçmiş hərbi qulluqçular “müəyyən edilmiş qaydada tərxis elan edildikdən tez olmayaraq” ehtiyata keçirilə bilərlər.