Moskvaya daha bir zərbə: Hindistan Rusiya neftini almaq fikrindən daşınıb
13-04-2022, 00:00
Hindistanın ən böyük neft və qaz şirkəti “Indian Oil Corporation” Rusiyanın Urals neftini almaq fikrindən daşınıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Hindistanın “Indian Oil Corporation” neft korporasiyası son tender çərçivəsində tərkibində daha çox kükürd və ağır karbohidrogenlər olan bir sıra turş xammalı almaqdan imtina edib. Xüsusilə, Das, Eugene Island, Thunder Horse, eləcə də Rus Urals alış siyahısından çıxarılıb.
BOK özü üçün öz törəmə şirkəti “Chennai Petroleum”dan neft idxal edir. Indian Oil yüksək kükürdün əvəzinə şirin neft almağı planlaşdırır. Ümumilikdə, “Reuters”in məlumatına görə, şirkət bu həftə yalnız iki tender keçirmək niyyətindədir.
Martın sonunda Hindistan Rusiya neftinin alışını artıraraq, təxminən 16 milyon barellik beş tədarük əldə edib ki, bu da 2021-ci ildəki tədarüklərin həcminin təxminən yarısı deməkdir. Hindistanın Rusiya neftinə yüksək tələbatı ABŞ-dan da yan keçməyib.
Xatırladaq ki, ABŞ prezidenti Cozef Bayden Hindistanın baş naziri Narendra Modiyə Rusiya neftinin idxalını artırmamaq xahişi ilə müraciət edib.