ABŞ dünya ölkələrini Rusiyadan silah almaqdan imtinaya çağırıb

13-04-2022, 01:08           
ABŞ dünya ölkələrini Rusiyadan silah almaqdan imtinaya çağırıb
Birləşmiş Ştatlar dünyanın bütün dövlətlərini Rusiyadan silah əldə etməməyə çağırır, bu zaman Hindistana qarşı S-400 Rusiya sisteminin alınması ilə bağlı mümkün sanksiya hələ ki, qəbul olunmayıb.

Bu barədə aprelin 11-də ABŞ-ın dövlət katibi Entoni Blinken «2+2» formatında ikitərəfli danışıqların nəticələri üzrə ABŞ və Hindistan müdafiə və xarici siyasət idarələrinin Vaşinqtonda keçirilən birgə mətbuat konfransında bəyan edib.

«Biz, bütün dövlətləri Rusiya silahı əldə etmək üzrə yeni böyük sövdələrdən qaçmağa çağırmaqda davam edirik, xüsusilə Rusiyanın Ukraynaya münasbətdə etdiklərinin fonunda» - o, deyib.

«Biz, hələ ki, potensial sanksiyalar və ya sanksiyalardan potensial istisnalar barədə qərar qəbul etməmişik» - Blinken Hindistanın S-400 alması ilə bağlı potensial sanksiyalar barədə suala cavab verərkən əlavə edib.

Dövlət katibi etiraf edib ki, Hindistan və Rusiya arasında qarşılıqlı münasibətlərin uzunmüddətli tarixi var, o cümlədən hərbi texnika barədə. «Bu münasibətlər çox illər bundan əvvəl kök salıb, o vaxtlar ki, biz, Hindistanın həmkarı olmaq imkanlarına malik olmamışıq. İndi biz, belə həmkarlığa hazırıq - Hindistanın təhlükəsizliyi sahəsində prioritet həmkarı olmağa» - dövlət katibi bəyan edib.

Blinken qeyd edib ki, Hindistan ukraynalılara əhəmiyyətli humanitar yardım göstərir, xüsusilə tibbi vasitələr ki, çox lazımlıdır. O, həm də bildirib ki, Hindistan bu çağırış üzrə müstəqil qərar qəbul etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru