Yəhudilərin vətəni Türkiyə olub? - ŞOK İDDİA

22-04-2016, 13:28           
Yəhudilərin vətəni Türkiyə olub? - ŞOK İDDİA
Alimlərin uzun sürən tədqiqatlarından sonra aşkenazi yəhudilərinin (Mərkəzi Avropa yəhudiləri) tarixi vətəninin müasir Türkiyə ərazisi olduğunu müəyyənləşdirib.

Modern.az Britaniyanın “İndependent” qəzetinə istinadən xəbər verir ki, 2 min il əvvəl aşkenazilər Türkiyənin şimalında yaşayıblar və eramızın I əsrində İran yəhudilərinin təsiri ilə İudaizmi qəbul ediblər.
Britaniyanın Şeffild Universitetinin genetiki Eran Elxaik Şimali və Şərqi Avropada yaşayan 367 yəhudinin DNT-sini analiz edərək onların əcdadlarının 90%-nin müasir Türkiyənin şimal-qərbindəki ərazidə yaşadıqlarını müəyyən edib.

Alimin fikrincə, “aşkenazi” sözü mənşə etibarilə babillilərin skif tayfalarına verdiyi “aşquz” adından yaranıb.

Bundan başqa, araşdırmalarda Mərkəzi və Şərqi Avropa yəhudilərinin əksəriyyətinin IX-X əsrlərdə Xəzər Xaqanlığından “qoca qitə”yə köç etdiyi göstərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru