Rusiyadan təhülkəli addım - Suriyaya böyük ölçüdə hərbi texnika yeridir
22-04-2016, 13:37

ABŞ hökuməti, Rusiyanın Suriyada getdikcə artan ölçüdə hərbi texnika topladığını açıqlayıb.
Avropa.info xəbər verir ki, “Reuters” xəbər agentliyinə danışan Ağ Ev rəsmilərindən biri Rusiyanın Suriyanın şimalındakı artilleriya batareyalarını yeni mövqelərdə yerləşdirdiyini söyləyib.
Rusiyanın bu addımının Suriya ordusunun Hələbə qarşı yeni hərəkatına dəstək məqsədli olduğu ehtimal olunur.
Keçən həftə, İsveçrənin Cenevrə şəhərində davam etdirilən danışıqlardan çəkilən müxaliflər, Suriya ordusunun və Rusiyanın atəşkəsə baxmayaraq hücumlarını artırdığını söyləmiş və qarşıdurmaların davam etdiyi bir mühitdə müzakirələrin mənasız olduğunu söyləmişdilər.
Suriya ordusu rus silahlarıyla möhkəmləndiyi bir vaxtda, müxalif qruplar isə Qərb ölkələrindən Strela-2 tipli təyyarə əleyhinə reaktiv raketlər və müasir silahlar tələb edirlər.
Keçən həftə “Wall Street Jourtnal”-da yer alan bir xəbərdə, ABŞ-ın B planı olaraq seçilmiş qruplara məhdud sayda reaktiv raketlər verməyi düşündüyü ifadə edilmişdi.
Qərb ölkələri sadəcə bu tipli silahların müxaliflərin əlinə keçməsi halında mülki təyyarələrə qarşı da istifadə ediləcəyindən narahatdır.
Ancaq bu silahların suriyalı müxaliflərin əlinə keçməsi Suriya ordusunun müxaliflərə qarşı ən mühüm üstünlüyü olan Hərbi Hava Qüvvələrinin də əldən çıxması deməkdir.