Rusiya İsrail təyyarələrini vurub? - Hər iki tərəf susur

22-04-2016, 14:37           
Rusiya İsrail təyyarələrini vurub? - Hər iki tərəf susur
Rusiya silahlı qüvvələri Suriyada azı iki dəfə İsrailin hərbi təyyarələrini vurub.

Moderator.az xəbər verir ki, bu barədə Reuters İsrailin Yedioth Ahronoth nəşrinə istinadən məlumat yayıb.

İnsidentin dəqiq harada və nə zaman baş verdiyi dəqiqləşməyib. İsrail nəşri, həmçinin təyyarələrin zərər görüb-görmədiyini açıqlamayıb.

Baş verən insidentin martda Rusiya və İsrail prezidentlərinin Moskva görüşündə də müzakirə edildiyi vurğulanır.

Bundan başqa, baş nazir Netanyahunun Moskvaya dünənki səfərinin də bununla bağlı olduğu bildirilir. İsrail baş nazirinin mətbuat xidməti, Rusiyanın İsraildəki səfirliyi də şərh verməkdən imtina ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru