Ramzan Kadırov Çeçenistanın səhiyyə naziri vəzifəsinə azərbaycanlını təyin edib

29-04-2016, 09:26           

Rusiyanın Çeçenistan Respublikasının səhiyyə naziri azərbaycanlı Elxan Süleymanov təyin olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov öz "İnstagram" səhifəsində yazıb.

O, Respublika Onkologiya Dispanserinin baş həkimi vəzifəsində çalışan Elxan Süleymanovu Çeçenistanın səhiyyə naziri təyin etdiyini bildirib.

Qeyd edək ki, Elxan Süleymanov Azərbaycan Tibbi Universitetini fərqlənmə diplomu ilə bitirib.
Bir müddət Bakıdakı Onkoloji Tibbi Mərkəzdə işləyib. Moskva N.N. Bloxin adına Rusiya Onkoloji Mərkəzinin bazasında aspiranturanı bitirən E. Sülymanov tibb elmləri namizədi elmi adına yiyələnib. ABŞ və Almaniyada təcrübə keçib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.