«Siemens» İsrailə 37 milyon avro ödəyəcək- Nəhəng korrupsiya qalmaqalına görə

3-05-2016, 10:14           

Almaniyanın «Siemens» şirkəti nəhəng korrupsiya qalmaqalına görə İsrail hökumətinə 37 milyon avro kompensasiya ödəyəcək.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər arasında əldə edilmiş bu razılaşma barədə bu gün İsrail Ədliyyə Nazirliyi məlumat yayıb.

«Siemens» 1999-2005-ci illərdə İsrailin dövlət energetika şirkəti «Israel Electric»in rəsmilərinə bir neçə milyon dollar rüşvət verməkdə ittiham olunur.

Şirkət İsrail hökumətinin məsələnin bu yolla həllinə razılıq verməsindən məmnun qalıb. «Siemens» yetkililəri onu da bildiriblər ki, İsrail tərəfi ilə əldə olunmuş razılaşmanın bütün bəndlərinə əməl edəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.