Dağıstanda çoxmənzilli binaya hücum zamanı dörd yaraqlı öldürülüb, xüsusi əməliyyat başa çatıb.
“Əməliyyatın aktiv fazası başa çatıb. İlkin məlumatlara görə, mənzildə olan dörd yaraqlı məhv edilib. Lakin daha dəqiq məlumat xüsusi təyinatlılar mənzilə daxil olduqdan sonra açıqlanacaq”, - deyə, agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, hücum zamanı 15 polis yaralanıb, daha iki nəfər ölüb.
“Ölənlərdən biri Tümendən gəlmiş OMON əməkdaşıdır”, - deyə, mənbə bildirib. (oxu.az)