Arugula istifadəsinə kimlərdə əks göstəriş var?

14-06-2025, 10:08           
Arugula istifadəsinə kimlərdə əks göstəriş var?
Arugulanın sağlamlığa faydaları çox olsa da, bəzi hallarda bu bitkinin istifadəsi məsləhət görülmür. Foodinfo.az bildirir ki, bu barədə nutritionist Ekaterina Quzman “Gazeta.Ru” ilə söhbətində danışıb. Ekspert qeyd edib ki, bəzi insanlarda arugulaya qarşı fərdi dözümsüzlük yarana bilər və bu hal allergik reaksiyalarla müşahidə oluna bilər.Onun sözlərinə görə, qalxanabənzər vəzin xəstəlikləri olan şəxslər bu məhsulu ehtiyatla qəbul etməlidir. Həmçinin, mədə-bağırsaq problemləri və qanın laxtalanmasının artması hallarında da arugula normadan artıq istifadə edilməməlidir. Mütəxəssis əlavə edib ki, böyrək daşına meyilli şəxslər də arugula qəbulunda diqqətli olmalıdır.Çünki bu bitkinin tərkibindəki oksalatlar böyrəkdə daşların əmələ gəlməsini sürətləndirə bilər. Quzman vurğulayıb ki, düzgün porsiya seçimi sağlamlıq risklərinin qarşısını almaq üçün vacibdir. O, hər kəsə öz orqanizminə uyğun qida rasionu qurmağı tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru