Putin İsrailin İrana hücumunu şərh edib - "Kreml News"

Bu gün, 09:27           
Putin İsrailin İrana hücumunu şərh edib - "Kreml News"
Rusiya prezidenti Vladimir Putin İsrailin İrana hücumunu şərh edərək bildirib ki, Rusiya Federasiyası İsrail dövlətinin hərəkətlərini pisləyir.

Teleqraf xəbər verir ki, bu barədə "Kreml News" Telegram kanalı məlumat yayıb .

Rusiya prezidentinin sözlərinə görə, İsrail BMT nizamnaməsini və beynəlxalq hüququ pozub.

"Rusiya tərəfi İranın nüvə proqramı ətrafında vəziyyətin sülh yolu ilə həlli istiqamətində səyləri dəstəkləyib və qarşılıqlı məqbul razılaşmaların tapılmasına yönəlmiş konkret təşəbbüslər irəli sürüb. Rusiya İran və İsrail arasında münaqişənin deeskalasiyasına töhfə verməkdə davam edəcək", - bəyanatda deyilir.

Bundan əvvəl Rusiyanın BMT-dəki (BMT) daimi nümayəndəsi Vasili Nebenzya bəyan etmişdi ki, İsrail İrana hücum etməklə BMT nizamnaməsini və beynəlxalq hüququ kobud şəkildə pozub.

O əlavə edib ki, İsrailin hərbi macəraları regionu “böyük müharibənin” və “geniş miqyaslı nüvə fəlakətinin” astanasına doğru sürükləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.