Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Xorvatiyaya uduzdu Bu gün, 09:44 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib."Report"un məlumatına görə, Xorvatiyanın Zadar şəhərində meydan sahibləri ilə üz-üzə gələn yığma 1:3 hesabı ilə məğlub olub.Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə uduzub. Facebook-da paylaş