İranda polis insanlara atəş açdı: Ölənlər və yaralananlar var

29-10-2022, 14:10           
İranda polis insanlara atəş açdı: Ölənlər və yaralananlar var
İranın Zahedan şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara atəş açıb. Ən azı 1 nəfər həyatını itirib, 14 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, cümə günü İranın Zahedan şəhərində keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanları atəş açıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə etirazçıların atəşə tutulduğu görünür. Dövlətin nəzarətində olan KİV-in məlumatına görə, bir nəfər ölüb, 14 nəfər yaralanıb.

Şəhərdə etirazlar sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin qətlindən sonra başlayıb və dörd həftə əvvəl yüksək səviyyəli polis məmurunun 20 yaşından kiçik qıza təcavüz etməsi ittihamından sonra genişlənib.

Bu ittihamdan sonra sentyabrın 30-da keçirilən aksiyada neçə nəfərin öldüyü dəqiq bilinməsə də, hüquq müdafiə təşkilatlarının araşdırmaları 90-dan çox insanın öldüyünü göstərir.

Bundan sonra iki yüksək rütbəli polis əməkdaşının işdən çıxarıldığı açıqlanıb. İranda etirazları yatırtmaq vəzifəsi daşıyan polisin yüksək rütbəli zabitlərinin işdən çıxarılması nadir hadisə olsa da, bu, şəhərdəki etirazları yatırmağa kifayət etməyib.

BBC Fars xidmətinə göndərilən videoda bəzi binaların döşəmələrinin qanla örtüldüyü və etirazçıların “Xamneyiyə ölüm” şüarları səsləndirildiyi görünür.

Əfqanıstan və Pakistanla həmsərhəd olan Sistan Bəlucistan əyalətinin əhalisi İranın əksəriyyətindən fərqli olaraq, əsasən sünnidir. /Turkustan.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru