Aİ Ukraynaya görə Rusiyanın 17 milyard avroluq aktivlərini dondurub

30-10-2022, 00:06           
Aİ Ukraynaya görə Rusiyanın 17 milyard avroluq aktivlərini dondurub
Avropa İttifaqı (Aİ) Moskvanın Ukraynanı işğal etməsindən sonra Rusiyanın 17 milyard avro dəyərində aktivlərini dondurub.

APA-nın xəbərinə görə, bunu Aİ-nin ədliyyə komissarı Didye Reynders “Funke” media qrupuna məxsus qəzetə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu vaxtadək 7 üzv ölkədə 90 nəfərə məxsus aktivlər dondurulub. Əlavə edib ki, təkcə Almaniyada dondurulan aktivlərin həcmi 2,2 milyard avro təşkil edir.

“Bu, Aİ tərəfindən müsadirə edilmiş kriminal puldur və onun Ukraynaya kompensasiya kimi köçürülməsi mümkündür. Bu məbləğ Ukraynanın yenidənqurmasının maliyyələşdirilməsi üçün kifayət etməkdən çox uzaqdır”.

Reynders Beynəlxalq Cinayət Məhkəməsində rusiyalı şübhəlilərə qarşı ilk müharibə cinayəti məhkəmələrinin bu il başlayacağına əmin olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru