Bayden nəvəsi ilə Konqresə aralıq seçkilərdə erkən səs verdi
30-10-2022, 10:27
ABŞ prezidenti Co Bayden şənbə günü ABŞ Konqresinə aralıq seçkilərində erkən səs verib.
Bu barədə Publika.az "Reuters"ə istinadla xəbər verir.
Dövlət başçısı ilk dəfə səs verən 18 yaşlı nəvəsi Natali ilə Uilminqtonda (Delaver ştatı) seçki məntəqəsinə gəlib.
Qeyd edək ki, noyabrın 8-də Konqresə aralıq seçkilər keçiriləcək. Onlar Nümayəndələr Palatasının 435 üzvünün hamısını və senatorların üçdə birini seçəcəklər.
Proqnozlara görə, respublikaçılar qanunverici orqanın hər iki palatasında təmsilçiliyini artıra bilər ki, bu da onlara demokrat prezidentin təkliflərinin həyata keçirilməsinin qarşısını almağa imkan verəcək.