Çikaqoda Zelenski imzası olan Ukrayna bayrağı satıldı

1-11-2022, 09:54           
Çikaqoda Zelenski imzası olan Ukrayna bayrağı satıldı
Çikaqoda keçirilən xeyriyyə hərracında Ukrayna bayrağı 69 min dollara satılıb.

Bu barədə ukraynalı jurnalist Natalya Ostrovskaya “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Bayrağın üzərində Ukrayna Prezidenti Volodimir Zelenski, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, Milli Qvardiyanın komandanı və “Azovstal”ın müdafiəçiləri öz imzalarını qoyublar.

“Ukrayna bayrağı üçün 69 000 dollar! Çikaqo, dəstəyinizə və köməyinizə görə təşəkkürlər. Siz inanılmazsınız!” - deyə məlumatda qeyd edilib.

Həmçinin vurğulanıb ki, bayrağı Çikaqoda İvano-Frankovsk vilayətindən olan və logistika şirkətinə sahib olan ukraynalı qadın alıb. Onun tammiqyaslı işğalın ilk günündən Ukraynaya kömək etdiyi qeyd edilib.

Jurnalist həmçinin əlavə edib ki, bütün vəsait Ukraynaya yardıma gedəcək.

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru