"Azərbaycanda təhsilə ciddi şəkildə dəyişiklik edilməlidir"

Bu gün, 15:34           
"Azərbaycanda təhsilə ciddi şəkildə dəyişiklik edilməlidir"
"Uşaqlara təhsil vermək, onların məktəbdənkənar vaxtını oğurlamaq demək deyil. Ev tapşırıqları ilə uşaqları və valideynləri yükləmək təhsil vermək hesab olunmur. Uşaqları idmana, musiqiyə, rəsmə, rəqslərə və digər fəaliyyətlərə yönləndirmək, onların zehni inkişafına daha çox faydalı olacaq. Bunun əvəzinə, uşaqları beyinlərinin hələ qəbul edə bilmədikləri dərslərə yükləyərək, onları həyatdan bezdirmək doğru deyil".

TEREF Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi uşaqları lazımsız dərslərlə yükləməyi tənqid edib:

"Dövlət məktəblərində təhsil alan uşaqların valideynləri onsuz da min bir əziyyətlə əlavə hazırlıqlara, müəllimlərə pul xərcləmək məcburiyyətindədirlər. Azərbaycanda təhsilə mütləq və ciddi şəkildə dəyişiklik edilməlidir. Dövlət məktəblərində kameraların quraşdırılması və ciddi nəzarətin həyata keçirilməsi vacibdir. Eyni zamanda, məktəblərdə peşəkar və savadlı psixoloqların fəaliyyət göstərməsi də mütləqdir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində, imkanı olmayan uşaqlara dəstək və nəzarət məqsədilə yeni bir şöbə açılmalıdır. Bu şöbə icra hakimiyyətləri ilə də əlaqədə olmalıdır. Azərbaycanın gələcəyi üçün savadlı və sağlam düşüncəli insanları yetişdirməliyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru