Ukrayna ballistik raket istehsalına başlayıb Bu gün, 15:18 Ukraynanın "Flaminqo" ballistik raketinin ilk fotosu dərc edilib.Oxu.Az xəbər verir ki, fotonu "Associated Press"in fotoqrafı Efrem Lukatski öz "Facebook" səhifəsində paylaşıb.Onun sözlərinə görə, raket 3 min km məsafə qət etməyə qadirdir. O Ukrayna istehsalıdır və artıq seriya istehsalına başlanılıb.Lukatski qeyd edib ki, o, "Flaminqo"nun şəklini üç gün əvvəl respublikanın aparıcı müdafiə şirkətlərindən birinin emalatxanasında çəkib. Facebook-da paylaş