Almaniyada temperatur tarixi maksimuma çatdı

1-11-2022, 11:54           
Almaniyada temperatur tarixi maksimuma çatdı
Bu ilin oktyabr ayı Almaniyada 2001-ci ilin rekordunu təkrarlayıb.

Məlumata görə, oktyabrda respublikada orta temperatur 12,2 dərəcə Selsi olub.

Bu, alman klimatoloqları tərəfindən bu ay üçün 1961-1990-cı illər arasında qeydə alınan orta göstərici kimi müəyyən edilmiş iqlim normasından 3,5 dərəcə yüksəkdir. Ölkədə orta aylıq temperaturla bağlı müşahidələr 1881-ci ildən aparılır.

Ən isti gün oktyabrın 28-i olub. Belə ki, Frayburq yaxınlığındakı Mülheymdə 28,7 dərəcə isti qeydə alınıb. Ən soyuq gün isə oktyabrın 20-də müşahidə edilib. Həmin gün Almaniyanın şimalındakı Karlşagen şəhərində termometr mənfi 2,3 dərəcəyə düşüb.

Qeyd edək ki, Almaniyada anomal istilər iyulun ortalarında - avqustun əvvəllərində də müşahidə olunub. İyul ayında ölkənin bəzi rayonlarında havanın temperaturu 40 dərəcəyədək yüksəlib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru