Bayden neft şirkətlərinə xəbərdarlıq etdi - ...daha yüksək vergilər ilə üzləşəcəklər

1-11-2022, 10:23           
Bayden neft şirkətlərinə xəbərdarlıq etdi -
ABŞ prezidenti Co Baydenin böyük neft sənayesini tənqid etməyə davam edir.

TEREF.AZ-ın yazdığına görə, Marja xəbər verir ki, Prezident Co Bayden ABŞ neft şirkətlərinin həddindən artıq gəlirləri ilə bağlı Konqreslə işləyəcəyini bildirib.

"Neft şirkətləri hasilat və emal imkanlarını artırmasalar, daha yüksək vergilər və müxtəlif məhdudiyyətlərlə üzləşəcəklər. Komandam Konqreslə variantlar üzərində işləyəcək", - Bayden deyib.

Bayden, bu şirkətlərin istehlakçıları dəstəkləmədiyini vurğulayıb.

Baydenin enerji şirkətlərinə əlavə vergilər tələbi keçən həftə Exxon Mobil və Chevron kimi şirkətlərin üçüncü rüb balans hesabatlarından sonra gündəmə gəlib.

ABŞ-ın enerji şirkəti Exxon Mobil-in ötən həftə açıqladığı maliyyə nəticələrinə görə, şirkət ilin üçüncü rübündə rekord məbləğdə - 19,7 milyard dollar mənfəət əldə edib. Exxon Mobil-in keçən ilin eyni dövründə qazancı 6,8 milyard dollar təşkil etmişdi.

Əsas neft istehsalçılarından biri olan Chevron-un mənfəəti üçüncü rübdə ilin eyni dövrü ilə müqayisədə 84 faiz artaraq 11,2 milyard dollara çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru