Klinton Trampdan 1,06 milyon dollar istəyir

1-11-2022, 12:45           
Klinton Trampdan 1,06 milyon dollar istəyir
ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton sabiq prezident Donald Trampdan 1,06 milyon dollar tələb edir. Bununla əlaqədar keçmiş dövlət katibi məhkəməyə müraciət edib.

Buna səbəb isə Trampın onu 2016-cı il seçkilərinin nəticələrinə təsir göstərmək cəhdində ittiham etməsi və buna görə qaldırdığı iddiası olub.

Keçmiş dövlət katibi bu məbləği məhkəmə müddətində çəkilən xərclər və məsrəflər üçün kompensasiya kimi geri almaq istəyir.

Qeyd edək ki, mart ayında Tramp Klintonu və Demokratlar partiyasının rəhbərliyini onun Rusiya ilə sövdələşməsi barədə yalan məlumat yaymaqla 2016-cı il seçkilərinin nəticələrinə təsir göstərmək cəhdində ittiham edərək məhkəməyə verib. Sentyabrda məhkəmə iddianı rədd edərək, onun çox gec verildiyinə və sübutlarla təsdiq edilmədiyinə qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru