İranın “Fateh”ləri Ukrayna və dünya üçün böyük təhdiddir
7-11-2022, 21:54

Əgər “Fateh-110” və “Zülfüqar” ballistik raketlərinin müqabilində Rusiya İrana nüvə proqramının həyata keçirilməsini sürətləndirməyə kömək etsə, o zaman təkcə Ukrayna və Yaxın Şərqi deyil, həm də bütün dünyanı ciddi təhlükə gözləyir.
Editor.az bildirir ki, bu barədə “, – Ukraynanın Gələcək İnstitutunun eksperti Anatoli Amelin deyib. “İranda vəziyyət yalnız etirazlara görə gərginləşmir. İran Rusiya ilə birlikdə nüvə silahının yayılması üçün faktiki presedent yaradır. Onun fikrincə, dünya çox narahat olacaq. “Rusiyanın taktiki nüvə silahından istifadə edib-etməyəcəyini heç kim 100% bilmir. Lakin ABŞ artıq 18 min km-ə qədər mənzilə malik 24 qitələrarası raket daşıya bilən sualtı qayığını Aralıq dənizinə kətirib”, – deyə ekspert əlavə edib.
O, həmçinin xatırladıb ki, İran oktyabrın 6-da kamikadze pilotsuz uçuş aparatlardan əlavə, Rusiyaya 300-700 km məsafədəki hədəfləri vura bilən “Fateh-110” və “Zülfüqar” ballistik raketlərini təhvil verəcəyini vəd edib. Ekspertin fikrincə, bu raketlər böyük ehtimalla Ukraynanın enerji infrastrukturunu tamamilə məhv etmək üçün alınır.