Rusiya bütün Xersonu itirməyə hazırlaşır - Vilayətin sol sahilində müdafiə qurur

8-11-2022, 08:35           
Rusiya bütün Xersonu itirməyə hazırlaşır -
Rusiya ordusu Xerson vilayətinin sol sahili boyunca 3 müdafiə xətti yaradır və Qara dəniz sahilində istehkamlar qurur.

Tvitterə OSİNT-araşdırmaçı Benjamin Pitterin peyk məlumatlarına istinadla xəbər verdiyi kimi, ehtimal ki, Rusiya Federasiyası (RF) beləliklə, bütün Xersonun və sağ sahilin itirilməsinə hazırlaşır.

İndiki vəziyyətə işğalçılar 3 xəttdə səngər qazırlar (DZOTlarla birlikdə). Onlardan təbii maneələrlə birlikdə (çayın özü və çay kanalları kimi) maneə qismində istifadə etməyi planlaşdırırlar.

Rusiyalılar hətta Qara dəniz sahilində də səngər qazırlar - bu, Pitteri də sarsıdıb.

Şəkillərdə xüsusilə, Qolıy Pristanda zirehli maşınlar üçün dərinləşdiilmiş tranşeylər görsənir. Kaxovkada səngərlərin əvəzinə dzotlar qeydə alınıb.

“Defence Express” nəşrinin xəbər verdiyi kimi, birinci xətt Dnepr boyunca uzanır, digəri ondan 5-10 kilometr dərinlikdə, üçüncü isə 20-25 kilometr dərinlikdə yerləşir. Xəttin ümumi uzunluğu 180-200 kilometr təşkil edir, amma o, hələ qurulma prosesindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru