Bununla bağlı qərar “Rəsmi Qəzet”də dərc olunduqdan sonra qüvvəyə minib.
Qərara əsasən, işçilərin maaşlarında dəyişiklik olmayacaq. 4 gün işləyib-işləməyəcəyinə işçi özü qərar verəcək. Yeni sistemdə iş saatları azaldılmayacaq. Yəni 4 günlük iş sisteminə keçənlər gün ərzində 8 saatdan çox işləməli olacaqlar. Qanuna görə, şəxsin 4 gün işləmək tələbi işdən çıxarılma üçün əsas sayılmayacaq. Maaş və sosial müavinətlər dəyişməz qaldığı halda, gündəlik yemək və yol pullarının miqdarında dəyişiklik ola bilər. Ölkədəki işçilər noyabrın 20-dən etibarən 4 günlük iş rejimi tələb edə biləcəklər. Xatırladaq ki, bu ilin iyun ayında İngiltərədəki 70 şirkətdə 3300-dən çox əməkdaşın iştirakı ilə pilot layihəyə start verilib. Belə ki, həmin işçilər 6 ay müddətində həftədə 4 gün işə çıxacaqlar. Beləliklə, həftədə 4 gün işləməklə 5 günlük məhsuldarlığı almağın mümkün olub-olmadığı yoxlanılacaq.