KİV: "Mask respublikaçılara zərər verməmək üçün partiya yaratmağı təxirə salıb"
Bu gün, 12:58
İlon Mask diqqətini biznesinə yönəltmək, eləcə də Respublikaçılar Partiyasının səslərini "oğurlamamaq" məqsədilə yeni siyasi partiya yaratmağı təxirə salıb.
Bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Maskın qərarında əsas amillərdən biri vitse-prezident Cey Di Venslə yaxşı münasibətləri qorumaq istəyidir, hansı ki, MAGA (Make America great again, "Amerikanı yenidən əzəmətli et") siyasi hərəkatının potensial varisi hesab olunur. Mask etiraf edir ki, üçüncü partiyanın yaradılması onun vitse-prezidentlə münasibətlərinə zərər verəcək.
Mənbələr bildirirlər ki, əgər Vens 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürsə, Mask öz maliyyə resurslarından istifadə edərək onu dəstəkləmək imkanını nəzərdən keçirir.
Qeyd olunur ki, 2024-cü il seçkisində Donald Tramp və digər respublikaçıların dəstəklənməsinə Mask, təxminən, 300 milyon dollar xərcləyib.
Eyni zamanda, Maskın müttəfiqləri iddia edirlər ki, o, yeni partiyanın yaradılmasından rəsmi olaraq imtina etməyib və aralıq seçkilər yaxınlaşdıqca fikrini dəyişə bilər.