“Taxıl sazişi”nin uzadılması məsələsi hələ də həllini tapmayıb" - Rusiya XİN

13-11-2022, 00:06           
“Taxıl sazişi”nin uzadılması məsələsi hələ də həllini tapmayıb" - Rusiya XİN
“Taxıl sazişi”nin uzadılması məsələsi hələ də həllini tapmayıb.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Müvafiq sualı cavablandıran nazir müavini lakonik cavab verib - “Xeyr”.

Onun sözlərinə görə, Qara dəniz üzrə taxıl təşəbbüsü Rusiya ilə BMT Katibliyi arasında razılaşmadan fərqli olaraq 120 gün müddətinə bağlanıb:

“Bu 120 gün noyabrın 18-də başa çatır. Qərar qəbul edərkən biz bütün halları nəzərə almalıyıq. Hər şeydən əvvəl, bu, iki yolun bir-birinə bağlılığıdır. Paketdən yalnız birini çıxara bilmərik, qalanları ilə heç nə edə bilmərik, bu çox vacibdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru