Çində quraqlıq: “Sarı” təhlükə elan edilib

13-11-2022, 11:34           
Çində quraqlıq:
Çinin şərqi, cənubu, mərkəzi və cənub-qərbində bir sıra ərazilər şiddətli quraqlıqdan əziyyət çəkir.

Bu barədə Çinin Milli Meteorologiya Mərkəzi məlumat yayıb.

Artıq ölkədə quraqlıq üzündən “sarı” təhlükə elan edilib.

Hətta ölkənin bəzi ərazilərdə quraqlıq həddindən artıq təhlükəli səviyyəyə çatıb.

Meteoroloqlar isə qeyd edirlər ki, yaxın günlərdə ölkənin cənub-qərb, mərkəzi və şərq rayonlarının bəzi ərazilərində yağış yağmasına baxmayaraq, əksər rayonlarda quru hava şəraiti davam edəcək.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru