Madriddə yüz minlərlə insan küçələrə axışaraq etiraz etdi

14-11-2022, 10:24           
Madriddə yüz minlərlə insan küçələrə axışaraq etiraz etdi
Noyabrın 13-də Madriddə səhiyyə siyasətinə qarşı keçirilən nümayişdə yüz minlərlə İspaniya vətəndaşı iştirak edib.

“Madrid xalqın sağlamlığı naminə ayağa qalxır” şüarı altında keçirilən aksiyanı həkimlər ittifaqları, solçu partiyalar və müxtəlif qruplar təşkil edib.

Etirazçılar İspaniya hökumətinin yürütdüyü siyasətdən narazıdırlar. Onlar ilkin səhiyyə xidmətinə və tibb işçilərinə daha çox maliyyə ayrılmasını tələb ediblər.

Təşkilatçıların məlumatına görə nümayişdə 650 min, hökumətin məlumatına görə isə 200 min insan iştirak edib.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru