Sloveniyada ilk dəfə qadın prezident seçilib

14-11-2022, 11:14           
Sloveniyada ilk dəfə qadın prezident seçilib
Sloveniyada keçirilən prezident seçkilərinin 2-ci turunda bülletenlərin 99,95 %-nin hesablanmasından sonra bitərəf namizəd, hüquqşünas Nataşa Pirs-Musar lider olub.


Bu barədə Dövlət Seçki Komissiyasının saytında dərc olunan məlumatda deyilir.

Dövlət Seçki Komissiyasının məlumatına görə, o, 53,88 faiz səs toplayıb. Respublikanın Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, Sloveniya Demokratik Partiyasından olan deputat Anje Loqara seçicilərin 46,12 %-i səs verib.

54 yaşlı Musar hüquqşünasdır, o seçkilərdən əvvəl insan haqları, qanunun aliliyi və sosial rifahla bağlı kampaniya aparıb. Nataşa Pirs-Musar ölkə tarixinə ilk qadın dövlət başçısı kimi düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru