Fransa Rusiyaya qarşı bu qadağaya etiraz etdi

14-11-2022, 10:47           
Fransa Rusiyaya qarşı bu qadağaya etiraz etdi
Avropa ölkələri arasında Rusiya nüvə yanacağının tədarükü və Rosatom ilə əməkdaşlıqla bağlı fikir ayrılığı yaranıb.

Axar.az xəbər verir ki, bu barədə "Hill" məlumat yayıb.

"Polşa, İrlandiya, Estoniya, Latviya, Litva və Almaniya bu yaxınlarda AB-yə Rusiyadan nüvə yanacağının idxalını qadağan etməyi tövsiyə edəndə, Macarıstan və Fransa etiraz edib, Brüssel isə səssiz qalıb", - məlumatda deyilir.

Məqalədə vurğulanır ki, Rosatom Çexiya, Slovakiya, Bolqarıstan və Macarıstandakı atom elektrik stansiyalarını nüvə yanacağı ilə təmin edir:

"AB-nin bu stansiyalara yanacaq tədarükünün dayandırılması ilə bağlı istənilən qərarı dərhal dövlətlərə iqtisadi ziyan vuracaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru