Çin hökumətindən uyğur türklərinə yeni qadağa - Oruc tutmayacaqlarına dair sənədə imza atdırdılar

11-06-2016, 16:29           

Çin hökuməti, Şərqi Türküstan vətəndaşlarından oruc tutmayacaqlarına dair sənədə imza atmalarını istəyib.

Avropa.info xəbər verir ki, Çinin qoyduğu qadağalarla dünyanın ən böyük açıq səma altındakı həbsxanasına çevrilən Şərqi Türküstandan qadağa xəbərləri gəlməyə davam edir.

Əldə olunan məlumata görə Çin hökuməti 6 iyun bazar ertəsi günü Şərqi Türküstanın paytaxtı Urumçidə yaşayan məmur, tələbə və şagirdlərdən “Ramazan ayında oruc tutmayacam” başlıqlı bəyanatı imzalamalarını tələb edib.

Rəsmi olaraq 14 ildir oruc tutmağın qadağan olduğu Şərqi Türküstanda 2 gün bundan əvvəl də qadağan olduğu halda oruc tutduqları və oruc tutmağa təşviq etdikləri səbəbilə 17 nəfər həbs olunmuşdu.

Bundan başqa Çin 4 iyun tarixində Şərqi Türküstandakı məktəblərə bir məktub göndərərək vətəndaşlardan uşaqları İslamdan uzaq tutmalarını, əks halda haqlarında cinayət işi açıqlacağını tələb edib.

Həmin məktubun bəzi sətirləri belədir:

Hörmətli valideyn!
Uşaqlarınızın namaz qılmaları, məscidə getmələri, oruc tutmaları, dini paltarlar geyinmələri, hər hansı bir dinə inanmaları təhlükəli və qadağandır.

Uşaqlarınıza radikal dindarlığı və şiddəti təbliğ edən hər cürə səsli və video materialın istifadəsi qəti qadağandır.

Uşaqlarınızın inkişafında Çin Kommunist Partiyasının təyin etdiyi siyasi və ideoloji düşüncənin formalaşmasında və inkişafında lazımi maraq və diqqətin göstərilməsi labüddür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.