Yarım milyondan çox Brexit əleyhdarı yeni referendumun keçirilməsini tələb edib

25-06-2016, 09:31           
Yarım milyondan çox Brexit əleyhdarı yeni referendumun keçirilməsini tələb edib
Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının əleyhdarları yeni referendumun keçirilməsini tələb edib.

APA-nın məlumatına görə, Böyük Britaniya parlamentinin saytında yerləşdirilən petisiyada belə deyilir.

Yeni səsvermə keçirilməsinin təşəbbüskarları hesab edirlər ki, Brexit-ə “hə” və yaxud “yox” deyənlərin sayı 60%-dən , seçkilərdə səs verənlərin ümumi sayı 75%-dən azdırsa, bu halda daha bir referendumun keçirilməsi zəruridir.

Petisiyanı artıq 515 811 nəfər imzalayıb.

Qeyd edək ki, iyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Vətəndaşların 52%-i Böyük Britaniyanın Aİ-dən çıxmasına, 48%-i isə İttifaqda qalmasının lehinə səs verib. Referendumda seçicilərin 71%-i iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru