Qızılın qiyməti beş min dollaradək bahalaşa bilər 7

Bu gün, 12:58           
Qızılın qiyməti beş min dollaradək bahalaşa bilər  7
"Goldman Sachs" bankı ABŞ-nin Federal Ehtiyatlar Sisteminin müstəqilliyi sarsılarsa, qızılın qiymətinin bir unsiya üçün təxminən 5 000 dollara yüksələ biləcəyini proqnozlaşdırıb.

Bu barədə "Bloomberg" agentliyi xəbər verir.

Analitiklərin fikrincə, ABŞ-də mərkəzi bank funksiyalarını icra edən Federal Ehtiyatlar Sisteminin müstəqilliyinin pozulması inflyasiyaya, səhmlər və istiqrazların ucuzlaşmasına, həmçinin dolların ehtiyat valyuta statusunun zəifləməsinə gətirib çıxara bilər.

Belə şəraitdə qızıl institusional etibardan asılı olmadığı üçün daha cəlbedici qənaət vasitəsinə çevrilə bilər.

Qeyd edək ki, son zamanlar ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin rəhbərliyinin işini tənqid edib.

Hazırda dünya birjalarında qızılın bir Trua unsiyasının qiyməti 3 500 dollardan çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru