Bu şəxslərin diplomları ləğv edilməlidir – Ekspertdən SƏRT TƏKLİF

Bu gün, 12:37           
Bu şəxslərin diplomları ləğv edilməlidir – Ekspertdən SƏRT TƏKLİF
Cəmiyyətin inkişafı üçün peşəkarların məsuliyyətli fəaliyyəti əsas şərtlərdən biridir. Təhsil, tibb və hüquq kimi sahələrdə çalışanların səhvləri isə bəzən bir insanın taleyinə birbaşa təsir göstərir. Buna görə də bu mövzu cəmiyyətdə daim müzakirə olunan və həssas yanaşma tələb edən məsələlərdən sayılır.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən İqtisad Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova mövzuyla bağlı təklif irəli sürüb.

G. Hüseynovanın sözlərinə görə, müəyyən sahələrdə, təhsil, hüquq və bu kimi sahələrdə çalışanlar ciddi nöqsanlar edirsə, onların diplomu ləğv edilməli, ali təhsildən məhrum olunmalıdırlar.

“İlk növbədə həm bu sahə ilə bağlı, həm də müəllimlərlə əlaqədar olaraq ciddi tədbirlər görülməlidir. Baxırsan, 30-40 yaşı var, amma ibtidai sinifdə etdiyi psixoloji təsiri və etdiyi müəyyən hərəkətlərdən dolayı məktəbdən uzaqlaşdırılmalıdır. Hətta bir jurnalist vardı, illərdir 11 illik atestatını müəllim intriqasına görə ala bilməmişdi. Hər kəs pedaqoq ola bilməz. Onun üçün də bu kimi hallarda sadəcə işdən uzaqlaşdırmaq olmamalıdır. Çünki gedib başqa məktəbdə yenə uşaqlara təzyiq göstərəcəklər. Tibb sahəsinə gəldikdə isə bəzi həkimlər elə dərmanlar yazırlar ki, tapmaq olmur, baha satılır. Eyni zamanda ən ciddi məsələ, xəstə əməliyyat masasında ölür və o həkimlər cəzasız qalır. Tibb sahəsində də hər hansı bir həkimin səhvi olarsa Ali təhsili ləğv edilməli, bu sahədə qətiyyən çalışmamalıdır. Hüquq sahəsinə gəlincə, vətəndaşlar səlahiyyətli şəxslərin səhvi ucbatından illəri gedir, həbsdə həyatları çürüyür. Həmçinin, tapşırılma olur və qarşı tərəfin hüquqları tapdanır. Hüquq sahəsi də olduqca çox ciddi sahədir. Bu sahədə də tədbirlər görülsə, çox yaxşı olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru