BMT: Əfqanıstan mədəniyyəti və musiqisi təhlükə altındadır

16-07-2023, 10:19           
BMT: Əfqanıstan mədəniyyəti və musiqisi təhlükə altındadır
BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı olan Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatı Əfqanıstanın mədəni irsinin təhlükədə olmasına dair bəyanatla çıxış edib.

Bu barədə Cenevrədə Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatının 64-cü sessiyasında bəyan edilib.

“Taliban”ın tətbiq etdiyi qadağalar və məhdudiyyətlər nəticəsində Əfqanıstan mədəniyyəti və incəsənətini, xüsusən də musiqisi təhlükə altındadır”, - bəyanatda qeyd olunur.
Təşkilat Əfqanıstan mədəniyyətini qorumaq, həmçinin xaricdə yaşayan əfqan sənətçilərə kömək etmək üçün yeni həll yolunu tapmağa çağırış edib.

Mənbə: Sputnik Əfqanıstan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru