Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində irəliləyir

16-07-2023, 18:29           
Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində irəliləyir
Rusiya qüvvələri son iki gündə Kupyansk istiqamətində fəal şəkildə hücuma keçirlər. Ukrayna ordusu isə Baxmut istiqamətində irəliləyir.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

Onun sözlərinə görə, Şərq cəbhəsində vəziyyət bir qədər də gərginləşib.

“Düşmən iki gün ardıcıl olaraq Xarkov vilayətində Kupyanski istiqamətində fəal şəkildə hücuma keçir. Biz müdafiə olunuruq. Şiddətli döyüşlər gedir, tərəflərin mövqeyi gündə bir neçə dəfə dinamik şəkildə dəyişir”, - Malyar bildirib.

O qeyd edib ki, Baxmut ətrafında cənub cinahında irəliləyiş var. Həmçinin, Ukrayna əsgərləri düşmənin hücuma keçməyə çalışdığı şimal cinahında da öz mövqelərini qoruyub saxlayırlar.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru