Ukrayna altı ayda Qərbdən 23 milyard dollardan çox pul alıb

17-07-2023, 09:04           
Ukrayna altı ayda Qərbdən 23 milyard dollardan çox pul alıb
İlin əvvəlindən Qərb tərəfdaşları dövlət büdcəsinin kəsirini ödəmək üçün Ukraynaya 23 milyard dollardan çox vəsait ayırıblar.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

Baş nazirin sözlərinə görə, ilin əvvəlindən keçən 6 ay ərzində xərclər büdcə daxilolmalarını təxminən 13 milyard dollar üstələyib.

"İlin əvvəlindən büdcə kəsirinin maliyyələşdirilməsi üçün bizə 23 milyard dollardan çox vəsait ayıran beynəlxalq tərəfdaşlarımıza minnətdarıq", - o, feysbukdakı səhifəsində yazıb.

Baş nazirin açıqladığı məlumatlara əsasən, ilin əvvəlindən keçən 6 ayda xərclər büdcə gəlirlərini təxminən 13 milyard dollar üstələyib. Onun sözlərinə görə, xərclərdə prioritet olaraq hərbi sektor qalır, siyahıda ikinci yerdə sosial proqramlar qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru