ABŞ: “Ukraynanın NATO-ya üzvlük məsələsi həll olunub”
17-07-2023, 09:14
ABŞ hesab edir ki, NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına əsasən, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması məsələsini artıq həll olunmuş hesab etmək olar.
Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan ABC telekanalına müsahibəsində deyib.
“Biz kommünikedə demişdik ki, Ukraynanın gələcəyi NATO-dadır, nöqtə. Heç kimlə heç bir yoxlama və ya danışıqlar aparılmır. Bu baş verəcək”, – o deyib.