Hicaba qarşı çıxan iranlı aktyor canlı yayında həbs edildi - VİDEO
17-07-2023, 10:14
Hicaba qarşı çıxan iranlı aktyor canlı yayında həbs edilib.
İranlı aktyor Məhəmməd Sadeği “Instagram” səhifəsində canlı yayım açaraq əxlaq polisini tənqid etdikdən sonra təhlükəsizlik qüvvələri onun evinə hücum edib.
Teatr və televiziya aktyoru Məhəmməd Sadeği Tehrandakı evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.