Çinin ümumi daxili məhsulu 5,5 faiz artıb Çində ilin birinci yarısında ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 59,3 trilyon yuana (təxminən 8,3 trilyon ABŞ dolları) çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika Bürosu açıqlama yayıb. İlin ikinci rübü üzrə artım isə 6,3 faiz təşkil edib.
Qeyd edək ki, Çin hökuməti cari il üçün ÜDM-in artımını 5 faiz civarında hədəfləyib. Bəzi xarici ekspertlər isə bu hədəfə çatmağın çətin olduğunu düşünür.