Yaponiya təbii qaz problemini belə həll etməyi təklif edir

18-07-2023, 12:24           
Yaponiya  təbii qaz problemini belə həll etməyi təklif edir
Təklif çərşənbə axşamı Tokioda keçiriləcək konfransda təqdim olunacaq.
Yaponiya gələcəkdə xammal qıtlığının qarşısını almaq və qiymətləri sabitləşdirmək üçün neft sektorundakı ehtiyata bənzər qlobal təbii qaz ehtiyatının yaradılmasını təklif etməyi planlaşdırır. Bu barədə xarici KİV-lər xəbər verir.
"Yaponiya hökuməti Beynəlxalq Enerji Agentliyinə üzv ölkələr üçün qaz ehtiyatlarının toplanması mexanizminin yaradılmasını təklif edəcək. Təklif çərşənbə axşamı Tokioda keçiriləcək konfransda təqdim olunacaq", - deyə xarici KİV mənbələri bildirir.
Belə bir təklifə gələcəkdə qaz qıtlığının qarşısını almaq və qiymətləri sabitləşdirmək məqsədi səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru